Yaşayış binasının girişi buzlu mağaraya çevrildi - FOTO

06:25 03-03-2021 21

Kəskin hava şəraitinə görə yaşayış binasının girişi buzlu mağaraya çevrilib.

Bu barədə “Severo-Zapad. MBX media” “VKontakte” səhifəsi fotolar paylaşıb.

Bildirilir ki, görüntülər Rusiyanın Komi Respublikasının Peçora şəhərindəndir.

Sakinlərin sözlərinə görə, bu ilk dəfə baş vermir. Qonşu mənzillərdə tez-tez istilik sistemi sıradan çıxır: borular partlayır, buxar yuxarı qalxır, onlar da donaraq belə bir mənzərə yaradır.