Türkiyədə koronavirusla bağlı son statistika açıqlanıb - FOTO

01:30 03-03-2021 14

Türkiyədə son 24 saat ərzində 68 nəfər koronavirusdan vəfat edib.

“Haber Global”ın yaydığı məlumata görə, sutka ərzində ölkə miqyasında 135 291 COVID-19 testi həyata keçirilib və 11 837 yeni yoluxma faktı aşkarlanıb.

Sağalanlara gəlincə, 7892 nəfərin müalicəsi və ya karantin müddəti başa çatıb ki, bununla da, indiyədək virusdan sağalanların sayı 2 586 073 nəfərə yüksəlib.

Bütövlükdə, Türkiyə üzrə bugünədək 33 440 843 test həyata keçirilib ki, onların 2 723 316-ı pozitiv çıxıb. Ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı isə 28 706 nəfərə çatıb.

Hazırda 1227 nəfər intensiv terapiya şöbələrində müalicə alır. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.