“Alibaba”nın qurucusu artıq Çinin ən varlı şəxsi deyil

00:50 03-03-2021 19

“Alibaba” şirkətinin qurucusu Cek Ma Çinin ən varlı şəxsi statusunu itirib.

“Reuters”in məlumatına görə, o, ölkəsindəki maliyyə sistemini tənqid etdikdən sonra ciddi təzyiqlərlə üzləşib.

Sahibkara qarşı antiinhisar qurumu tərəfindən araşdırma başlanıb və onun şirkətlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, hazırda çinli milyarderlərin siyahısına 85 milyard dollar sərvətə malik Çjun Şanşan başçılıq edir. Cek Ma isə 56 milyard dollarlıq varidatı ilə dördüncü yerdədir.