Şahzadə Harri anası ilə talelərindəki bənzərlikdən danışıb - FOTO/VİDEO

06:00 02-03-2021 24

Sasseks hersoqu Harri məşhur amerikalı jurnalist Opra Uinfriyə anası Şahzadə Diana barəsində danışıb.

Bu barədə BBC xəbər verib.

Şahzadə Harri bir vaxtlar anası ilə baş verən hadisənin onun da başına gəlməsindən narahatlığını etiraf edib.

O, 1996-cı ilin avqustunda Uels Şahzadəsi Çarlzdan boşandıqdan sonra kral ailəsini tərk edən və bütün proseslərdən tək keçən şahzadə Diananın nələr yaşadığını təsəvvür edə bilmədiyini deyib.

“İkimiz üçün də inanılmaz dərəcədə çətin idi, amma ən azından bir-birimizin yanındaydıq”, - deyə Şahzadə Harri əlavə edib.

Sasseks hersoqiniyası öz növbəsində həyat yoldaşı ilə kraliyyət ailəsindən getmələrinin onlarda dərin bir iz buraxdığını etiraf edib.

Qeyd edək ki, reportaj bütünlüklə martın 7-də CBS kanalında nümayiş olunacaq.