“Mançester Siti”nin ardıcıl 20-ci, Qvardiolanın 500-cü qələbəsi - VİDEO

20:00 27-02-2021 16

İngiltərə Premyer Liqasının XXVI turunda “Mançester Siti” “Vest Hem”i qonaq edib.

Bu matça qədər müxtəlif platformalarda meydana çıxdığı ardıcıl 19 oyunda qalib gələn Pep Qvardiolanın yetirmələri 20-ci qarşılaşmada da ənənəsinə sadiq qalıb.

2:1 hesablı qələbə həmçinin Qvardiolanın məşqçilik karyerasındakı 500-cü qalibiyyət olub. 179 dəfə “Barselona”, 121 dəfə isə “Bavariya”da məşqçi kimi rəqiblərindən üstün olan Qvardiola “Mançester Siti”də 200-cü dəfə bu uğura sevinib.

Qarşılaşmada 30-cu dəqiqədə Dias “Mnaçester Siti”ni hesabda irəli çıxarıb. 43-cü dəqiqədə Antonio “çəkicdöyənlər”in bərabərlik qoluna imza atsa da, 68-ci dəqiqədə digər mərkəz müdafiəçisi Stounz qələbə qolunun müəllifi olub.

Bu qələbə ilə xalını 62-yə çatdıran komanda bir oyun artıq keçirməklə ən yaxın izləyicisi “Mançester Yunayted”i 13 xal qabaqlayır.