Yıldırım Demirören: “Azərbaycanda sərmayələrimizi genişləndirmək istəyirik”

18:15 27-02-2021 21

“Demirören Holding” bundan sonra da Azərbaycana sərmayələr qoymağı planlaşdırır.

Bunu “Azərlotereya” ASC-nin idarəetməsini 10 il müddətinə icarəyə götürən “Demirören Holding”in İdarə Heyətinin sədri Yıldırım Demirören müqavilənin imzalanma mərasimində deyib.

İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan müqavilənin bir ilk olduğunu deyən Yıldırım Demirören bu tip investisiyaları davam etdirmək arzusunda olduqlarını əlavə edib.  

“Beynəlxalq sərmayələr üçün yüksək səviyyədə inam yaradan Azərbaycan Respublikasının bu layihədə bir çox qlobal şirkət arasından bizə güvənməsindən dolayı fəxr edirik.

Bu gün imzaladığımız müqavilə ilə Azərbaycanda da böyük investisiyaları həyata keçirməyə başlayacağımız üçün şadıq. Bunun sayəsində minlərlə şəxsə iş imkanı yaradacağıq. Müvafiq sektordakı təcrübəmizi Azərbaycan Respublikasında şans oyunları sahəsində də tətbiq edəcəyimiz üçün qürur duyuruq”.