“Azərlotereya”nın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı - FOTO

17:20 27-02-2021 15

“Bu gün “Azərlotereya”nın Türkiyənin “Demirören Holding” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında məlumat verib.

O bildirib ki, yeni əməkdaşlıq platforması Azərbaycanda oyun sənayesinin inkişafına, yeni investisiyanın cəlb edilməsinə və büdcə gəlirlərinin artmasına əlavə imkan yaradacaq.

 

Bu gün “#Azərlotereya”nın #Türkiyənin “Demirören Holdinq” şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalandı. Yeni...

Mikayil Jabbarov paylaştı: 27 Şubat 2021 Cumartesi