Qırğızıstanın yeni prezidenti Sadır Japarovun oxşarı tapılıb - FOTO

01:40 27-02-2021 14

Qazaxstanlı həkim Askar Baydilda Qırğızıstanın yeni prezidenti Sadır Japarovun oxşarıdır.

“EADaily” portalının məlumatına görə, hazırda Bişkekdə çalışan həkim öz xarici görünüşünə qarşı böyük diqqətin olduğunu deyib

“Əgər aramızdakı yaş fərqi olmasaydı, məni ölkə prezidenti kimi qəbul edərdilər. Amma mənim 28, Japarovun isə 52 yaşı var”, - deyə A.Baydilda bildirib.

Qeyd edək ki, Qırğızıstan prezidentinin oxşarı Qazaxıstanın Taraz şəhərində doğulub. 2013-cü ildə o, Bişkek Tibb Akademiyasına qəbul olub və o zamandan bəri Qırğızıstanda yaşayır.