Amazon meşələri “Facebook” vasitəsilə satılır

01:30 27-02-2021 18

Amazonun tropik meşə sahələri qeyri-qanuni şəkildə “Facebook” üzərindən satışa çıxarılıb.

Bu barədə “BBC news” məlumat verib.

Məlumata görə, satışa çıxarılan bəzi sahələr min futbol meydançası ölçüsündədir. Ərazisində meşələr və çaylar olan bu sahələr əslində yerli xalqlara məxsusdur.

İstənilən şəxs “meşə”, “cəngəllik” kimi açar sözlərin köməyilə, yaxud da yerləşmə ərazisi olaraq Amazon meşələrini göstərməklə “Facebook Marketplace”dəki həmin elanları gözləri ilə görə bilər.

Qeyd edək ki, məsələyə “Facebook” şirkəti də münasibət bildirib. Sosial şəbəkə rəsmiləri elanların qeyri-qanuni olduğunu müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bəyan ediblər.