Keçmiş məhkum narkotiklə tutuldu, oğurluq etdiyi üzə çıxdı

17:25 26-02-2021 17

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həsənov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun müxtəlif vaxtlarda bir nəfərin cibindən, doqquz nəfərin çantasından ümumilikdə 2845 manat pul, bank kartları və sənədlər oğurlaması da müəyyən edilib.