Rusiyada yaşayış binasında baş vermiş güclü partlayış yerindən görüntülər yayımlanıb - VİDEO

17:15 26-02-2021 13

Rusiyanın Nijni Novqorod şəhərindəki doqquzmərtəbəli yaşayış binasında güclü partlayış olub.

“RİA Novosti” agentliyi bu barədə Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə istinadən xəbər verib.

İlkin məlumata görə, parlayışın baş verdiyi mənzilin dağıntıları altında iki sakinin olduğu bildirilir.

Bina sakinlərindən 68 nəfərin evakuasiya edildiyi barədə xəbər verilib.

Hazırda ərazidə axtarış-xilasetmə işlərinin aparılır.