Hikmət Hacıyev beş yaşlı Xocalı qurbanı ilə bağlı paylaşım etdi - VİDEO

10:25 26-02-2021 17

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımının naməlum qurbanı - 5 yaşlı kiçik qızla bağlı paylaşım edib.

“Adı məlum deyil, amma bütün Azərbaycan onu tanıyır və xatırlayır. Müharibə qurbanları olan uşaqlar”, - deyə o bildirib.

milletinsesi.info-ın məlumatına görə, paylaşıma soyqırımın azyaşlı qurbanına həsr olunmuş “Xocalı nişanəsi” adlı video da əlavə olunub.