Xaçmazda 27 yaşlı şəxs itkin düşüb - FOTO
17:30 25-02-2021 17

Xaçmaz sakini bir aydır itkin düşüb.
Bu barədə milletinsesi.info-a onun yaxınları məlumat verib. Bildirilib ki, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Əlislamov Vasif Nazim oğlu yanvarın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ailəsinin sözlərinə görə, onun psixoloji problemləri olub.
Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov milletinsesi.info-a açıqlamasında bildirib ki, sözügedən şəxsin itkin düşməsi barədə ailəsi tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub:
“Daxil olan məlumat əsasında axtarışlara başlanılıb və tədbirlər davam etdirilir”.
Könül Cəfərli