Daha bir rayonda yollar buz bağlayıb: Avtomobillərin hərəkəti çətinləşib

09:10 25-02-2021 19

Kəskin hava şəraiti ilə əlaqədar Biləsuvar rayonunda avtomobillərin hərəkəti məhdudlaşıb.

“Report”un məlumatına görə, qarın yağması nəticəsində rayon ərazisindəki avtomobil yolları buz bağlayıb.

Bu səbəbdən nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.

Qeyd edək ki, hazırda rayon ərazisində mənfi 4 dərəcə şaxta var, qarlı hava şəraiti davam edir.