Ronaldunun pişiyi xəsarət aldı və şəxsi təyyarə ilə müalicəyə getdi – FOTO

03:30 25-02-2021 19

Hazırda Turinin “Yuventus” klubunda forma geyən Kriştianu Ronaldu və onun sevgilisi model Corcina Rodrigesin pişiyi xəsarət alıb.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata görə, Pepe ləqəbli ev heyvanı Turin küçələrində gəzərkən avtomobilin təkəri altında qalıb. Xəsarət alan pişik müalicə üçün ulduz futbolçunun şəxsi təyyarəsi ilə İspaniyaya yola salınıb.

Qeyd edək ki, Pepe nadir sfinks cinsinə məxsusdur. Onun qiyməti 3 min avrodur.