Almaniya ordusunda ifrat sağçıların sayı artıb

23:45 24-02-2021 22

Almaniya ordusunda ifrat sağçıların sayı keçən il ondan əvvəlki ilə nisbətən 114 nəfər artaraq 477-yə qalxıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ölkə Parlamentinin Federal ordu zabiti Eva Högl tərəfindən ictimaiyyətə açıqlanan 2020-ci ilin qiymətləndirmə hesabatında bildirilir.

Qeyd olunur ki, bu kimi hallarla mübarizə aparmaq üçün Almaniya Hərbi Kəşfiyyat Xidmətində (MAD) personal sayının artırılması lazımdır.

Hesabatda vurğulanır ki, Almaniya ordusunda kadr çatışmazlığı meydana gəlib və orta yaşlı əsgərlərin sayı artıb.

Qeyd olunur ki, keçən il hərbi xidmətin məcburi olmamasından sonra orta yaş kimi 30 yaş əvəzinə 33 yaş müəyyən olunub.

Orduda təxminən 20 min kadr çatışmazlığının olduğunu bildirən hesabatda deyilir ki, hava qüvvələrindəki 220 pilot heyətinin yalnız 106-sı tamamlanıb.