Neslihan Atagül ilkə imza atdı – FOTO/VİDEO

22:55 24-02-2021 25

Bu yaxınlarda səhhətindəki problemlər səbəbindən “Səfirin qızı” serialından ayrılan tanınmış aktrisa Neslihan Atagül ilkə imza atıb.

“Haber Global”ın verdiyi məlumata görə, məşhur aktrisa Cənubi Amerikada ən çox oxunan jurnallardan biri sayılan “Hola! USA” nəşrinin üz qabığı üçün fotosessiya etdirib.

Aktrisa həmçinin dərginin tanıtım videosuna da çəkilib. Görüntülərdə ispanca danışan Neslihan yerli izləyicilər tərəfindən də bəyənilib.