Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz, leytenant Teymur Abbasovun xanımı və övladları ilə görüşüb

11:04 19-02-2021 132
MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz, leytenant Teymur Abbasovun xanımı və övladları ilə görüşüb, dövlətimiz, xalqımız hər zaman yanınızdadır deyib Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, leytenant Teymur Abbasovun həyat yoldaşı Sonaxanım Abbasova, övladları Feyruz və Siruzla Milli Məclisdə görüşüb, şəhid zabitin oğullarının təhsili ilə maraqlanıb, ürək sözlərini bölüşüb: "Vətəncanlı zabitimiz Teymur Ababsov və onun silahdaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Şəhid zabitimiz haqqında filmlə də tanışıq, anasının, döyüş yoldaşlarının fikirləri ilə də. Teymur kimi vətəncanlı, mərd zabitlərimizlə hamımız qürur duyuruq, ancaq bu qürur ilk növbədə sizə aiddir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailəsi üzvlərisiz. Sizi təbrik edirəm, əziz bacım! Vətənpərvər zabitimizin ömrü oğullarınız Feyruz və Siruzda yaşasın"! Şəhid zabitin ailəsinə Komitə adından Məktub və xatirə hədiyyələri təqdim ediliib.