“Nar” “Əlilliyi olan şəxslərin məşğulluğu” ilə bağlı keçirilən tədbirdə

öz təcrübəsini paylaşıb

09:17 19-02-2021 171

 

NAR log_rgb (1)18 fevral 2021-ci il tarixində dövlət və özəl müəssisələrin iştirakı ilə "Əlilliyi olan
şəxslərin məşğulluğu: İşəgötürənlərin təcrübəsi" adlı virtual dairəvi masa keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə BMT-nin
İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən
"Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və
Rifahının Təmin Edilməsi" layihəsi çərçivəsində baş tutub.
 
Əsas KSM istiqamətlərindən biri də fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə
inteqrasiyası olan “Nar” onlayn tədbir zamanı bu sahə üzrə mövcud təcrübəsini bölüşüb.
Mobil operator tərəfindən həyata keçirilən “Təlim məktəbi” layihəsi çərçivəsində
paytaxt və regionlardan olan 150-dək fiziki məhdudiyyətli şəxs peşə təlimlərini başa
vurmuşdur.
Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin məşğulluğunun
dəstəklənməsi və bu barədə məlumatlılığın artırılması üçün ölkədə özəl və dövlət
müəssisələri arasında qabaqcıl təcrübə paylaşımını təmin etmək olub.