“Nar” Naxçıvanda şəbəkəsini genişləndirməyə davam edir

09:15 19-02-2021 164

NAR log_rgb (1)_1
Ölkənin bütün regionlarını keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar” Naxçıvan
Muxtar Respublikasında da baza stansiyalarının sayını artırmağa davam edir. Son iki ayda
aparılan şəbəkə təkmilləşdirilməsi işləri nəticəsində Muxtar Respublikada 13 yeni baza
stansiyası fəaliyyətə başlayıb.
Yeni 3G baza stansiyaları Şahbuz, Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarının
mərkəzdən kənar kəndlərini yüksək keyfiyyətli şəbəkə ilə təmin edir. Ümumilikdə “Nar”
şəbəkəsi NMR-da 158 baza stansiyası ilə əhalinin 99,6%, ərazininsə 98,5%-ni əhatə edir.
Regionlarda yüksək sürətli internetə çıxışı daha əlçatan edən “Nar” bundan sonra da
şəbəkə təkmilləşdirilməsi işlərinə davam edəcək. “Nar” şəbəkəsinin əhatə dairəsi ilə
daha ətraflı burada tanış ola bilərsiniz.