ABŞ-da yüzədək avtomobil toqquşdu: Beş ölü, onlarla yaralı var - VİDEO

02:35 12-02-2021 66

ABŞ-da magistral yolların birində dəhşətli  qəza hadisəsi baş verib.

“Haber Global”ın məlumatına görə, zəncirvari qəzada 100-dək avtomobil iştirak edib.

Onların arasında qoşqulu yük avtomobilləri də var.

Hadisə nəticəsində azı 5 nəfərin öldüyü, 10-larla şəxsin isə yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu, bir sıra şəxslərin isə avtomobillərində sıxılı vəziyyətdə qaldığı qeyd olunur.