Qubada yanğın olub
00:35 28-01-2021 19

Quba rayonunun Zərdabi qəsəbəsində ümumi sahəsi 20 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 2,4 ton ot bağlamasının 2 tonu yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.