Bakıda 37 yaşlı qadının intihar etməsi ilə bağlı prokurorluqdan AÇIQLAMA

18:25 26-01-2021 20

Bakıda 37 yaşlı qadın intihar edib.

Bununla bağlı Baş Prokurorluqdan açıqlama verilib.

Bildirilib ki, yanvarın 26-da saat 17 radələrində paytaxtın Binəqədi rayon sakini 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

İntihar faktı üzrə hazırda Binəqədi rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.