Bakıda əyləncə parkı uşaqlar üçün təhlükə saçır - FOTO

15:25 25-01-2021 15

Sosial şəbəkələrdə qaz xəttinin altında uşaq əyləncə qurğusunun yerləşdirilməsi barədə fotolar yayılıb.

Bildirilib ki, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki həyətlərin birində mini-park yaradılıb, amma vaxtilə ətrafda tikilən ofis binasına çəkilən qaz xətti parkın üzərindən keçir.

Məsələ barədə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun mətbuat xidmətindən milletinsesi.info-bildirilib ki, məsələ öz həllini tapacaq:

“Adı çəkilən ərazidə təmir-bərpa işləri yekunlaşmayıb. Qaz xəttinin müvafiq qaydada çəkilməsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunub. Bu məsələ parkın təmir işləri ərəfəsində öz həllini tapacaq”.

İlhamə Əbülfət