Federasiyalar üçün sanksiya müddəti artırıldı, məbləğ azaldıldı

14:50 25-01-2021 14

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) anti-dopinq qaydalarında bir sıra dəyişikliklər edib.

milletinsesi.info xəbər verir ki, bu barədə insidethegames.biz saytı məlumat yayıb.

Dəyişikliklərdən biri üzv federasiyanın idmançılarında bir təqvim ili ərzində üç və ya daha artıq dopinq halı aşkar edilərsə, həmin federasiya üç il yox, indi dörd il müddətinə yarışlarda iştirakdan məhrum ediləcək.

Əvvəllər federasiyalara sanksiya məbləği kimi minimum 50 min, maksimum 500 min ABŞ dolları tətbiq olunurdu. İndi isə maksimum cərimə məbləği 300 min dollar olacaq.

Qeyd edək ki, IWF-nin macar prezidenti Tamaş Ayan işindən uzaqlaşdırıldıqdan sonra oktyabrdan quruma müvəqqəti olaraq Hindistanda doğulmuş Böyük Britaniya vətəndaşı Maykl İrani rəhbərlik edir. Bu gün seçkilərə namizədlərin təqdim edilməsi üçün son gündür. Federasiyanın prezident postuna seçkilər isə martda Türkiyənin İstanbul şəhərində olmalıdır.

Səbuhi Musayev