ABŞ-da atışma: Biri hamilə qadın olmaqla beş nəfər qətlə yetirildi

09:15 25-01-2021 15

ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində naməlum şəxs atəş açaraq, beş nəfəri öldürüb.

“NBC News” xəbər verir ki, həyatını itirənlərdən biri hamilə qadın olub.

Güllə yarası alan ilk qurban şəhərin şimal-şərq hissəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tapılıb. Daha sonra yaxınlıqda yerləşən evdə digər qurbanların cəsədləri tapılıb.

Şəhər meri Co Hoqsetin sözlərinə görə, cinayət kütləvi qətl xarakteri daşıyır.

Polis rəisi Rendal Teylor bildirib ki, qurbanlar arasında əlaqənin olub-olmadığı araşdırılır.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın kimliyini müəyyənləşdirə bilməyib. Onların bir neçə nəfər ola biləcəyi istisna edilmir.