Kuman: “Oyunçular almalıyıq”

00:45 25-01-2021 21

İspaniya “Barselona”sının baş məqçisi Ronald Kuman hesab edir ki, komandanın heyətinin gücləndirilməsinə ehtiyac var.

Bu barədə Sports.ru məlumat verib. Baş məşqçinin sözlərinə görə, hazırda komandanın maddi imkanları yeni transferlərə imkan vermir.

“Mənim mövqeyim bəllidir. Bizdə oyunçular çatışmır. Lakin klubdakı iqtisadi vəziyyət bu məsələyə də öz təsirini göstərir”, - deyə niderlandlı futbol mütəxəssisi bildirib.

“Fikrimcə, biz hamımız eyni cür düşünürük. Əgər kluba heç kim gəlməsə, mən bunu olduğu kimi qəbul edəcəyəm. Lakin biz yenə də indi çıxış etdiyimiz kimi də davam edəyəyik. Əgər biz daha çox şey istəyiriksə, o zaman oyunçular almalıyıq”, - deyə Kuman əlavə edib.

Hazırda “Barsa” La Liqada 19 oyundan sonra 37 xal toplayıb və üçüncü sırada qərarlaşıb.