“Milan” yenə “Atalanta”ya böyük hesabla uduzdu

00:35 24-01-2021 19

İtaliya A Seriyasının 19-cu turunda “Milan” evində “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

Bu barədə Sport.ru yazıb.

Bununla da “Milan” 22 dekabr 2019-cu ildən bu yana ən böyük hesablı məğlubiyyətə uğrayıb. Komanda elə həmin vaxt da “Atalanta”ya 0:5 hesabı ilə məğlub olmuşdu.

Bu mövsüm “Milan” həmçinin Avropa Liqasında “Lil” komandasına 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Milan” yanvarın 26-da İtaliya kubokunda “İnter”lə qarşılaşacaq.