Başqırdıstanda terrora hazırlaşan şəxsin görüntüləri yayılıb - VİDEO

14:45 22-01-2021 15

Rusiya Federal Təhlükəsizlik Xidməti Başqırdıstanda terror aktı törətməyə hazırlaşarkən saxlanılan şəxsin videogörüntülərini yayıb.

“RenTV” telekanalının məlumatına görə, terrorçu yerli güc strukturları nümayəndələrinə qarşı hücum planlaşdırıb.  

Saxlanılan şəxsdən odlu silah və sursatlar, eləcə də kustar üsulla hazırlanmış partlayıcı qurğunun hissələri aşkarlanıb.

Bununla yanaşı, terrorçunun əşyaları arasından partlayıcı qurğunun hazırlanması üzrə təlimat və “Həyat Təhrir əş-Şam” beynəlxalq terror təşkilatının xaricdəki üzvləri ilə yazışmaları tapılıb.

Hazırda istintaq işləri davam edir.