Elçin Səmədli Ermənistanın oyununa təyinat aldı

14:15 22-01-2021 19

Hakim-inspektor Elçin Səmədli beynəlxalq dərəcəli oyuna təyinat alıb.

O, futzal üzrə Avro-2022-nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək iki oyunda hakimlərin işinə qiymət verəcək.

Belə ki, Elçin Səmədli yanvarın 29-da keçiriləcək Rusiya – Ermənistan və fevralın 3-də baş tutacaq Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.