Müəllimlərin sertifikasiyası ilə bağlı nazirdən AÇIQLAMA

13:30 22-01-2021 11

“Müəllimlərin sertifaksiya ilə bağlı konkret tarix müəyyənləşməyib”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu məsələ 2021-ci ilin priotetləri sırasındadır:

“Bununla bağlı hazırlıq işləri aparılır. Bu, birdən-birə edilməyəcək və müəllimlərin emosional hazırlığı üçün vaxtları olacaq. Bu ilin birinci yarısında müəllimlərin sertifikasiyası nəzərdə tutulmur”.

Nazir əlavə edib ki, müəllimlərin işə qəbulunun bölgələrdə də keçirilməsi təcrübəsindən istifadə edilə bilər.

İlhamə Əbülfət