ABŞ-ın vitse-prezidentinin müvəqqəti yaşayacağı ünvan dəqiqləşdi

13:25 22-01-2021 14

ABŞ-ın vitse-prezidenti Kamalla Harris və həyat yoldaşı Daq Emxoff müvəqqəti olaraq dövlət başçısının qonaq evində yaşayacaq.

Bu barədə “Politico” xəbər yayıb.

Bildirilir ki, onların evində hazırda getdiyi üçün belə qərara gəlinib.

“Blerin evi” kimi tanınan malikanə ABŞ federal hökumətinə məxsusdur və fəxri qonaqlar üçün istifadə olunur. İnauqurasiya mərasimindən əvvəl orada ənənəvi olaraq yeni seçilmiş Prezident Co Bayden qalırdı.