Onlayn dərslərdəki davamiyyətə hansı qurum nəzarət edir?

13:20 22-01-2021 10

“Şagirdlərin və müəllimlərin onlayn dərslərdəki davamiyyəti məktəblər tərəfindən nəzarətdə saxlanılır”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

“Mütəmadi olaraq dərsləri keçən müəllimlərin mənəvi reytinqi cəmiyyətdə artır. Bu, qiymətləndirmənin ən yaxşı formasıdır”, - deyə o əlavə edib.

İlhamə Əbülfət