Bakıda avtomobil maneəyə çırpıldı: bir ölü, dörd yaralı
13:15 22-01-2021 9

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sürücü və dörd sərnişini xəstəxanaya yerləşdirilib. Yaralılardan biri xəstəxanada həyatını itirib.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.