Nazirliyin şöbə müdiri: “Fiziki tərbiyə dərsləri keçirilməsin”

13:10 22-01-2021 12

“Fiziki tərbiyə dərslərində təmasların çoxluğu nəzərə alınaraq, müvəqqəti olaraq bu fənnin əyani tədrisdə dayandırılması tövsiyə olunur”.

milletinsesi.info-ın müxbirinin məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

O qeyd edib ki, fevralın 1-dən dərslər hibrid formada keçəcək:

“Sıxlığı çox olan məktəblərdə dərslər həftədə 3 dəfə, sıxlığı tənzimlənən məktəblərdə isə 5 dəfə olacaq”.

İlhamə Əbülfət