Erməniləri qorxuya salan hərbi təlimlər - VİDEO

12:05 22-01-2021 19

Fevralın 1-dən 12-nə qədər Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi gözlənilir. İki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi Ermənistanı narahat edir. 

Bu səbəbdən Ermənistan Fövqəladə Hallar Nazirliyi ötən gün Türkiyənin Qars vilayətinin yaxınlığında yerləşən Şirak bölgəsinin Nor Kyank və Panik kəndlərində əhalinin xəbərdar edilməsi və evakuasiyası üzrə təlim keçirib. Təlim həyacan siqnalı zamanı insanların təlaşlanmaması üçün keçirilib. Ermənilər növbəti təlimi yanvarın 26-da keçirəcəklər.