Polşa millisinin yeni baş məşqçisinin adı məlum oldu

03:25 22-01-2021 21

Portuqaliyalı futbol mütəxəssisi Paulu Souza Polşa milli futbol komandasının yeni baş məşqçisi təyin edilib.

TASS agentliyi xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının prezidenti Zbiqnev Bonek məlumat verib.

Təyinatına münasibət bildirən P. Souza qarşıdan gələn Avropa çempionatında qələbə üçün mübarizə aparacaqlarını və polşalıların öz millisi ilə fəxr edəcəklərini söyləyib.