Arnold Şvartseneger peyvənd olundu: “Əgər yaşamaq istəyirsənsə, mənimlə gəl” - VİDEO

02:00 22-01-2021 23

Məşhur aktyor Arnold Şvartseneger Los-Ancelesdə koronavirusa qarşı peyvənd olunub.

Bu barədə Hollivud ulduzu “Twitter” hesabında yazıb.

73 yaşlı aktyor peyvənd məntəqəsinə çevrilmiş “Dodcers” stadionunda vaksinasiya olunub.

“Növbədə durmaqdan heç vaxt bu qədər şad olmamışdım. Əgər mümkündürsə, mənə qoşulun və vaksinasiya üçün qeydiyyata durun. Əgər yaşamaq istəyirsənsə, mənimlə gəl!”, - deyə A.Şvartseneger bildirib.