Hamilə olduğunu bilməyən qadın qəfil doğum zamanı öldü - FOTO

01:25 22-01-2021 22

İngiltərənin Bristol şəhərində hamiləliyini anlamayan qadın qəfil doğum zamanı ölüb.

Bu barədə “Metro” xəbər verir.

18 yaşlı Daniella Consun nə ailəsi, nə də sevgilisi doğuş başlayana qədər hamiləlik əlamətləri müşahidə etməyiblər. Qız evində, tibb işçiləri gələnə qədər uşağı dünyaya gətirib. Bundan sonra o, təcili yardımla xəstəxanaya aparılıb. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi müəyyənləşdirilir. Daniellanın Denni adlandırılan oğlu isə sağ qalıb.