Türkiyədə pitbul iki yaş yarımlıq azyaşlını xəstəxanalıq etdi - ANBAAN VİDEO

00:45 22-01-2021 22

Türkiyənin paytaxtı Ankarada pitbul cinsli it nənəsi ilə birlikdə alış verişə çıxan iki yaş yarımlıq azyaşlıya hücum edərək ona ağır xəsarətlər yetirib.  

“Demirören Haber Ajansı” (DHA) xəbər verir ki, hədisə anbaan ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Nənə öz nəvəsini pitbulun hücumundan nə qədər qorumağa çalışsa da, buna nail ola bilməyib.

Görüntülərdə ətrafda olan insanların pitbulun qarşısını almağa çalışdığı da əks olunub.