“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər

təqdim edir

22:14 21-01-2021 232

NAR log_rgb

“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız
üçün xüsusi güzəştlər təqdim edir. Xüsusi güzəştlərdən faydalanmaq üçün 21 yanvar
tarixindən etibarən, “Nar” mərkəzlərindən birinə yaxınlaşaraq müvafiq sənədi təqdim
etmək kifayətdir. Əlavə məlumatı mobil opertorun nar.az veb səhifəsindən əldə etmək
mümkündür.
Qeyd edək ki, “Nar” torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi
dövrdə bir çox sosial əhəmiyyətli layihələr həyata keçirib, cəbhəyanı bölgələrdə
yaşayan şəxslərə dəstək olub. Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş bütün
müharibə iştirakçılarına hər zaman minnətdar olacağıq! #SalamQarabağ