Qocalar evində dəhşətli yanğın: 15 nəfər həlak olub - VİDEO

21:05 21-01-2021 23

Ukraynanın Xarkov şəhərində yerləşən qocalar evində baş verən güclü yanğın nəticəsində 15 nəfər həlak olub, beş nəfərin xəsarət aldığı bildirilir.

Bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, yanğın 100 kvadratmetr ərazini əhatə edib.

Qeyd olunur ki, hazırda hadisə yerində xilasedicilər işləyir.