Tanınmış logistika şirkətindən gənc məzunlarla bağlı nümunəvi addım

15:45 21-01-2021 15

166 Yükdaşıma və Logistika şirkətinin “166 Logistika Akademiyası – 2020” təcrübə proqramını uğurla tamamlayan 29 gənc məzun şirkətdə karyera imkanı əldə etdi.

Artıq 2 ildir ki, 166 Yükdaşıma və Logistika şirkəti həyata keçirdiyi təcrübə proqramını uğurla tamamlamış iştirakçıları işə qəbul edir. Hal-hazırda şirkətdə ötən dövr ərzində təcrübə proqramlarını uğurla bitirərək işlə təmin olunmuş 43 nəfər əməkdaş fəaliyyət göstərir. Onlar şirkətin əsas departamentlərində yer alaraq logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və digər sahələrdə çalışırlar. Hətta bir sıra əməkdaşlar müxtəlif şöbələrə aparıcı vəzifələrə də təyin olunub.

Şirkətin insan resursları siyasətinə əsasən 2019-cu ildən etibarən başlanılan “166 Logistika Akademiyası” yay təcrübə proqramını növbəti illərdə də davam etdirməyi planlaşdırır. 2021-ci ildə nəzərdə tutulan “166 Logistika Akademiyası” yay təcrübə proqramı haqqında məlumatı gələcək aylarda kütləvi informasiya vasitələrindən və hr.166.az saytından əldə etmək olar.