“Fənərbaxça”ya pis xəbər: “Eden Azarın Türkiyəyə gəlməsi imkansızdır”

14:55 21-01-2021 15

“Eden Azarın Türkiyəyə gəlməsi imkansızdır”.

“Spor Arena”nın məlumatına görə, bu sözləri AS nəşrinin “Real” klubu ilə işləyən müxbiri Manu de la Xuan deyib.

“Bu iddia İspaniyadan çıxmayıb, mənbə Türkiyədir. İşin əsli budur ki, Eden Azarın Türkiyəyə transferi imkansızdır. 1,5 ildir ard-arda yaşanan zədələrə görə “Real”da davamlı oynaya bilmədi. İndi də yaxşı oynadığını deyə bilmərik. Ancaq “Real” ona 100 milyon avrodan çox yatırım edib. Birincisi, “kral klubu”nun rəhbərliyi bu pulun böyük bir hissəsini qazanmadan transferinə icazə verməz, icarəyə göndərməz. İkincisi isə, Azar özü də çıxışını yaxşılaşdırıb, komandaya faydalı olacağını düşünür”, - deyə jurnalist bildirib.

Xatırladaq ki, Türkiyə mətbuatında “Fənərbaxça”nın Eden Azarla maraqlanması barədə xəbərlər yayılmışdı.