Ölkədə içki istehsalının dəyəri açıqlanıb - FOTO

14:25 21-01-2021 23

Azərbaycanda 2020-ci il ərzində 420,3 milyon manat dəyərində içki məhsulu istehsal edilib.

milletinsesi.info-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə içki istehsalı 13,7 faiz azalıb.

Təkcə 2020-ci ilin dekabr ayında ölkədə 29,5 milyon manat dəyərində içki məhsulu istehsal edilib. İçki məhsullarından konyak istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz, pivə istehsalı 7,7 faiz artıb, araq istehsalı 8,8 faiz, alkolsuz içkilərin istehsalı isə 2,7 faiz azalıb.

Ölkəmizdə mühüm məhsul növlərindən hesab edilən üzüm şərabı istehsalı isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 52,7 faiz azalıb. Üzüm şərabı istehsalında kəskin azalma içki istehsalının ümumi həcminin də azalmasına səbəb olub. 

Eləcə də bildirilib ki, 2020-ci yanvar-noyabr aylarında ixracın strukturunda alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edən məhsul növlərindən olub.

Nigar Məmmədova