Türkiyədə bir milyondan artıq insana koronavirusa qarşı peyvənd vurulub

22:55 20-01-2021 18

Türkiyənin Səhiyyə Nazirliyi ölkədə bir milyondan artıq vətəndaşın koronavirusa qarşı vaksinasiya edildiyini açıqlayıb.

“RİA Novosti”nin məlumatına görə, qurum Türkiyədə ümumilikdə 1 000 135 nəfərə peyvənd vurulduğunu qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.