Azərbaycan könüllüləri Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTO

21:55 20-01-2021 16

Azərbaycan könüllüləri xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi düşmüş 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsini ehtiramla yad edən könüllülər şəhidlərimizin məzarları üzərinə qərənfillər düzüb, onların unudulmaz xatirəsini hər zaman uca tutacaqlarını qeyd ediblər.

Qürurla qeyd etmək lazımdır ki, bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoyaraq əzəli torpaqlarımızı erməni işğalından azad edib.

İndi 20 Yanvar Şəhidlərinin əziz xatirəsi Şuşada, Qarabağda ehtiramla anılır.