ABŞ-ın yeni Prezidenti Co Baydenin andiçmə mərasimi keçirilir - CANLI

20:55 20-01-2021 18

Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi keçirilir.

Bu barədə CNBC-dən xəbər verir.

Mərasimlə əlaqədar Donald Trampın tərəfdarları tərəfindən 6 Yanvar Kapitoli qiyamları səbəbindən misilsiz təhlükəsizlik tədbirləri ilə keçirir.

Demokrat, keçmiş prezident müavini, 36 illik konqresmen Co Bayden ABŞ-ın 46-cı prezidenti olacaq.

O, üçüncü cəhdində, 78 yaşında Ağ Evin Oval Ofisini təhvil alacaq və tarixə ən yaşlı dövlət başçısı kimi düşəcək.