Ceyms Şarp: “Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”

13:20 20-01-2021 13

“2019-cu ildə Azərbaycanda fəaliyyətimə başlayanda ilk ziyarətim Şəhidlər Xiyabanına oldu”.

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp sosial şəbəkə hesabında yazıb.

“Bu şəkil də məhz o zaman çəkilib. Britaniya səfirliyinin əməkdaşları ilə birlikdə Azərbaycanın müstəqilliyinin nişanəsi olan 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə anırıq”, - deyə səfir bildirib.