Qanunsuz ov edən şəxslər saxlanıldı - FOTO

13:15 20-01-2021 13

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğan qəsəbəsi ərazisində R. Babayev, S. Mehdiyev və A. Əhmədzadə qanunsuz ov etdiklərinə görə saxlanılaraq, polis şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən iki ədəd ov tüfəngi, süni maketlər və ovladıqları çöl quşları götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.